Qadınların qarnını deşib, orqanlarını çıxaran qorxunc qatil - “İşimi sevirəm”
18-06-2017, 09:53
Qarındeşən Jack adını əvvəllər eşitmisinizmi? Əfsanəvi qatil bir çox filmin və əsərin “qəhrəmanı” olub, illər əvvəl törətdiyi cinayətlərinin arxasındakı sirr pərdəsi hələ tam olaraq açılmayıb.
Moderator.az-ın təqdim etdiyi bu yazıda qarındeşən qatil kimi tanınmış Jack the Ripper haqqında məlumatlar əldə edəcəksiniz.
Qurbanlarını öldürdükdən sonra daxili orqanlarını çıxardığı üçün bu ləqəblə tanınan Qarındeşən Jack uzun müddət Londonda yaşayan insanların kabusu olub. Qarındeşən Jack eynilə Ted Bundy kimi ancaq qadınları öldürüb.
Jack the Ripper 1888-ci ilin ikinci yarısından başlayaraq törətdiyi cinayətlərlə tanınmağa başlayıb. Hamısı qadın olan qurbanlarını fahişələrin arasından seçib, əvvəlcə boğazlarını kəsərək öldürüb, sonra da daxili orqanlarını çıxarıb. Məlum olan ilk cinayətini 31 avqust 1888-ci ildə gecə vaxtı törədib. Londonun Şərqində yerləşən Whitechapel məhəlləsinin arxa küçələrini qana bulayıb. Əslində bu məhəllə cinayətlərə, davalara elə də yad deyildi. Lakin amansız qatilin törətdiyi cinayət digərlərindən çox fərqli olub. Bataqlıqları, meyxanaları, sərxoşları və fahişələri ilə məşhur olan məhəllədə bir çox fərqli millət yaşayıb. Və belə bir məhəllənin sakinləri belə Qarındeşənin qurbanını gördükdə şok olub. Çünki kimliyi naməlum qatil Mari Nicholls adlı qurbanının əvvəl boğazını kəsmiş, sonra da bir çox fərqli yerindən bıçaqlamışdı. Bu cinayət isə heç kim tərəfindən görünməmişdi.
Qurbanını dəlik-deşik etdikdən sonra ortadan qeyb olan qatil bundan sonra dəhşətli qətllərinə start verir.
Ərazidə yaşayan insanları çox narahat edən hadisənin bir bənzəri də 8 sentyabr 1888-ci ildə baş verir. Qurbanın vəhşicəsinə qətlə yetirildiyi cinayətdə qadının boğazı kəsir, qarnını dəfələrlə bıçaqlayır, bətni ilə yanaşı bütün iç orqanları çölə çıxarılıb parçalayır. Birinci hadisə yerindən 800 metr aralıda pansion kimi istifadə edilən bir binanın arxasında törədilən bu cinayət qurban 47 yaşında bir fahişə olur.
Hadisədən sonra ətrafdakı şayiələr sürətlə yayılır. Qəzet manşetlərində yer alan xəbərlərlə yanaşı qatilin dəri önlüklü, şlyapalı və topuğa bənzər uzun paltolu biri olması ilə bağlı söz-söhbətlər ortaya çıxır. Bundan başqa, əlində bir çanta ilə gəzdiyi söylənən şübhəlinin cinayət alətlərini bu çantada daşıdığı düşünülür. Cərrah və ya qəssab olmasından şübhələnilən qatil bir neçə həftə sonra polis mərkəzinə göndərdiyi məktubla diqqətləri yaxşıca üzərinə çəkir. Qarndeşən Jack imzası ilə göndərilən məktubda qatil polisin qatili tutması ilə bağlı xəbərlərə çox güldüyünü, işini (cinayət törətməyi) çox sevdiyini və buna davam edəcəyini bildirir. Məktubun polisin əlinə keçməsindən cəmi 2 gün sonra Qarındeşən Jack üçüncü və dördüncü cinayətini işləyir. Yelizaveta Stride adlı İsveçli bir fahişənin daxili orqanlarını tamamilə çıxaran qatil həmin gecə Katerina Eddowes adlı 43 yaşlı fahişəni də qətlə yetirir. Qadını kimsəsiz məkana apardıqdan sonra əvvəlcə boğazını kəsir, sonra da qarnını tamamilə yararaq, qadının sol böyrəyini götürüb oradan uzaqlaşır. Polislər o gecə hadisə yerinə yaxın bir sahədə təbaşirlə yazılmış "Yəhudilər boş yerə ittiham edilməməli insanlardır" sözü ilə qarşılaşırlar. Bu yazıdan sonra qatilin bir Yəhudi ola biləcəyini ehtimal edirlər.
Bu cinayətin ardından polis mərkəzinə Qarındeşəndən “From Hell” (Cəhənnəmdən Gələn) - deyə başlayan bir məktub daha göndərilir. Və yazı stili ilk məktubdan daha fərqli olan bu məktubun əsl qatilə aid olduğu başa düşülür. Çünki məktubun yanında qatilin özü ilə apardığı son qurbanının böyrəyinin yarısı da var imiş.
Qarındeşən Jack son cinayəti hesab edilən qətli isə 9 noyabr gecəsi törədir. 3 aylıq hamilə olan fahişə ilə onun otağına gedən qatil qadının daxili orqanlarını soyuqqanlılıqla çölə çıxardaraq ətrafa səpələyir. Hadisə yerindən Mari Kelly adlı qadının ürəyini götürərək ayrılır. Bu vəhşilikdən sonra Qarındeşənin üslubunda başqa bir hadisə baş vermir. Ortadan qeyb olan qatil haqqında saysız-hesabsız fikirlər ortaya atılır. Onun bir qəssab və ya cərrah olması ilə bağlı bir çox araşdırma aparılır. Hətta şübhəlilərin arasında tanınmış İngilislər də yer alır. Amma heç biri Qarındeşən Lack olmur. Cinayət işi də 1892-ci ildə tamamilə bağlanır.
O vaxtlar qatili tapmaq üçün 2000-dən çox şəxs sorğuya çəkilib, yüzlərlə adam araşdırılıb, 80 nəfər saxlanılıb. Cinayətkarla bağlı sənəddə polis həkimi Tomas Bond daha 5 qadın cinayətinin də eyni adam tərəfindən işləndiyi göstərmişdi. Təcrübəli Bondun qənaətinə görə, 4 qadının boğazının da sağdan sola doğru kəsilib və qadınlar boğazları kəsilərkən yatmış olub. Bond, həmçinin, qatilin həddindən artıq cinsi istək xəstəliyinə malik olduğunu da fikirlərinə əlavə edib.
Yazıçı Stefan Knightə görə isə cinayətlər masonların işi olub. Başqa bir müəllif Patricia Cornwellə görə, isə Qarındeşən İngilis rəssam Uolter Riçard Sickert imiş. Riçard Wallace isə “Alisa Möcüzələr Diyarında” kitabının müəllifi Luis Carollun cinayətləri törədən şəxs olduğunu iddia edib.
21-ci əsrin cinayət ekspertlərinə görə, qatil Yəhudi bir tacir olan Jacop Levydir. Cinayətlərin işləndiyi regionda qəssablıq edən Levyin ölüm kağızında sifilis xəstəsi olduğu yazılıbmış. İlk cinayətin sifilis xəstələrinin müalicə olunduğu xəstəxananın qarşısında törətməsi bu ehtimalları gücləndirir. Mütəxəssislərə görə Jacop Levy xəstəxanadan pərişan halda çıxıb və hirslə cinayəti törədib. Fahişələri öldürməsi də onun sifilis xəstəliyinə bir fahişədən yoluxmuş olması ilə izah olunur. Levynin Qarındeşən Jack olma ehtimalını artıran başqa şeylər də var. Məsələn, son cinayətindən 2 il sonra ölən Levynin arvadı ərinin işlərinin pis getdiyini və onun xəyallar gördüyünü söyləyir. Bundan başqa, cinayətlər Levynin qəssab dükanının yaxınlığında işlənir.
Ancaq ötən illərdə aparılan bir araşdırma nəticəsində Qarındeşən Jackın gerçək kimliyinin ortaya çıxarıldığı bildirilib. Məşhur bir iş adamı olan Rassel Eduard açıq auksionda Jackın qurbanlarından olan Katerina Eddowesa aid qanlı şalı satın alır. Şaldakı qandan aparılan DNT testi də qatilin Polşalı bərbər Aaron Kosminski olduğu göstərilir. DNT mütəxəssisi Doktor Jari Louhelainenin açıqlamasına görə,. Qarındeşən Jack o dövrlərdə dindirilən şübhəlilər arasında Yəhudi bərbər Aeron Kosminskidən başqası deyilmiş.
Cinayətlərin üzərindən əsrdən artıq vaxt keçməsinə baxmayaraq hələ də haqqında danışılan Qarındeşən Jack üzərində aparılmış saysız-hesabsız fərqli şərhlər var. Əfsanəvi qatilin adına 2015-ci ildə Şərqi Londonda Jack the Ripper Muzey (Qarındeşən Jack Muzeyi) açılıb. Həmçinin, Qarındeşən Jack 2006-ci ildə “BBC History Magazine” tərəfindən tarixin ən pis İngilisi seçilib.