ŞƏRƏFLİ TARİXİMİZ: Fətəli xan Xoyskinin şəhadət günüdür FOTO

18-06-2017, 22:54           

Sabah hökümət rəhbəri, baş nazir ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri Müsavat fraksiyasının üzvü Fətəli xan Xosykinin vəfat günüdür
Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi, qatıllər "Daşnaksutyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər,onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan ateş etdilər. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir.Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.
Dini etiqadına görə Fətəli xan Xoyski şiə müsəlmanı idi. O, rus və Azərbaycan dillərini bilirdi. Lakin F. Xoyski Azərbaycan dilində güclə danışırdı. AXC dövründə F. Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu-xan Xoyski. bir müddət Gəncə qubernatorunun müavini idi. Kiçik qardaşı Rüstəm Xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.
Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara (1902-1990) və iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935). Qızı Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynova ərə getmişdir.[14] Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb.
Onun general Tomsonla söhbətini qısaca olaraq sizə təqdim edirəm : «Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız» deyir. General Tomson da: «Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm» cavabını verir. Fətəli xan da: «Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm» deyir. Bu cavab qarşısında general tomson tərcüməçiyə dönərək «Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır» deyir. Fətəli xan tərcüməçiyə: «General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik» cavabını verir.
Baba Allahnezerov
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.