Həyatın bilinməyən yolları və ya Ser Aleksandr Fleminq

18-06-2017, 23:28           
Həyatın bilinməyən yolları və ya Ser Aleksandr Fleminq
Şotlandiyalı kaslb bir fermer axşamüstü evinә qayıdan zaman yolun kәnarındakı bataqlıqdan sәs gәldiyini duyur. Sәs gәlәn tәrәfә gedәndә, bir öğlan uşağının bataqlıqda boğulmaq üzrә olduğunu görür vә onu labüd ölündәn xilas edir .
Bir neçә gün sonra onun evinә yaraşıqlı bir kareta yanaşır. Karetadan düşәn Lord özünü tәqdim edib, boğulan oğlanın atası olduğunu bildirir vә fermerә böyük mәblәğdә pul mükafatı tәklif edir. Fermer isә , " Mәnim yerimdә hәr kәs olsa belә hәrәkәt edәrdi, gördüyüm işә görә pul ala bilmәrәm " deyib , tәklifi geri çevirir.
Bu zaman evdәn kiçik bir oğlan çölә çıxır. Onu görәn Lord deyir :
Oğlunu mәnә ver, onu oxuması üçün Londona aparım. Bütün xәrcini özüm verәcәyәm vә ona öz oğlum kimi baxacağam ...
İllәr sonra o uşaq Londonun mәşhur Sent-Luis universitetini qurtarıb tanınmış alim olur.
Lordun oğlu ağır sәtәlcәm (ağ ciyәr iltihabı ) olur . Bütün hәkimlәr ölәcәyini desәlәr dә, bu alimin kәşf etdiyi dәrman onu bir dәfә dә ölümdәn xilas edir .
Bu alim , indi artıq Ser Aleksandr Fleminq , kәşf etdiyi dәrman isә Penisillin idi ... !
Vugar Ibrahimov
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru