6 yaşlı ögey qızını divara çırpa-çırpa öldürdü, sonra anasıyla sevişdi - DƏHŞƏTLİ CİNAYƏTİN İYRƏNC TƏFƏRRÜATI
19-06-2017, 16:46
Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnar Hacıyevin 10 yaşlı qızı H.H. şahid qismində dindirilib. Məhkəmədə onun qanuni nümayəndəsi - anası Bülbül Hacıyeva da prosesdə iştirak edib.
Dindirilən H.H. bildirib ki, ölən qız anası ilə onlarda qalıb: "Onun adı Ramilə idi, anası da Samirə idi. Həmin gün parka getdik. Atam Ramiləni aparmamışdı otağa qoyub getmişdik. Sonra biz evə qayıtdıq. Atam dedi, ləyəndə su gətir ayaqlarımı yuyum. Mən gətirdim, atam ayaqlarını yudu. Sonra ləyəni Ramiləyə tapşırdı ki, aparsın. Onun gücü çatmadı. Suyu yerə tökdü. Atam qızı döydü. Yerə yıxdı, şillə təpik vurdu. Mən də oturub pəncərədən baxırdım. Atam Ramilənin başını divara çırpdı, o, özündən getdi. Başını soyuq su ilə yudu. Lakin ayılmadı. Təcili yardım çağırdı, dərman aldı. Balaca dərman idi, içirdi. Pampıqla burnuna nəsə iylətdi. Boynuna, boğazına su vurdu, lakin Ramilə ayılmadı".
10 yaşlı qızcığaz ifadəsində qeyd edib ki, hadisədən sonra atası ona sep verib: "Qızın ayılmadığını gördü. Siqaret çəkdi, mənə sep Verdi. Dedi, məni tutsalar, sepi yadigar saxka. Mən sonra yatdım. Atam nənəmi çağırmışdı. Nənəm gəldi. Mənə dedilər ki, kim səndən soruşsa, deyərsən, yıxılıb belə olub. Nənəm qızın meyitini yudurtmağa apardı".
Hadisənin yeganə şagidi olan azyaşlı bildirib ki, atası həmişə Ramiləni döyüb: "Ramiləni atam da döyürdü, anası Samirə də. Ramilə pis qız deyildi. Heç nəyin üstündə döyülürdü. Atam əsəbiləşib onu yağışın altında qoyurdu. Nənəm də o öləndən sonra Samirəyə demişdi ki, sakit dur, səsin çıxmasın. Nənəm hətta ona demişdi ki, heç kimə heç nə deməsə, onu atama alacaq və toy edəcək. Samirə də onunla razılaşmışdı".
Təqsirləndirilən şəxs Elnar Hacıyev isə qızının dediklərinin həqiqət olmadığını iddia edib: "Qızımdı, nə desə, qəbuldur. Lakin onu anası öyrədib. Əzbər danışır. Qızıma burdan səslənirəm. Nə olursa-olsun, düzgün danış. Mən sənin atanan. Həmişə arxandayam. İndi içəridəyəm. Amma bir gün həqiqət üzə çıxacaq. Ananın səni öyrətməsinə imkan vermə".
Hakimlər azyaşlı qızın istintaqda verdiyi ifadələri elan edib.
H.H. istintaqa verdiyi ilkin ifadəsində qeyd edib ki, Ramilə yıxılaraq ölüb.
İlkin ifadəsindən bir neçə həftə sonra isə o, 6 yaşlı Ramilənin atası tərəfindən döyülərək qətlə yetirildiyi bildirib.
H.H. bildirib ki, onun məhkəmədə verdiyi ifadə düzgündür.
Prosesdə daha sonda şahid qismində H.H.-nın anası Bülbül Hacıyeva dindirilib. O, hazırda qadın salonunda tatu ustası kimi çalışdığını deyib: "Elnarla 2002-ci ildə ailə həyatı qurmuşuq. O vaxt mənim yaşım az idi. Valideynlərim zorla məni Elnara verdilər. Elnar çox pis ər olub. Heç nəyin üstündə məni döyürdü. Hazırda başımda şişlər qalıb. Xəstəlikdən əziyyət çəkirəm. 2014-cü ilə qədər dözə bildim. Sonra ərizə verib boşandım. Birgə nikahımızdan bir qızımız, bir oğlumuz var. Məhkəmə uşaqları mənə verdi. Elnar uşaqlara aliment vermirdi. Mən də ona görə uşaqları ona göstərmirdim. Uşaqlara anam baxırdı. Onlar Ucarda qalırdı, mən də Bakıda işləyirdim. Qayınanam bir dəfə zəng eləyib xahiş etdi ki, uşaqları ona göstərim. Anam da dedi, yaxşı deyil. Uşaqların hər ikisini Bakıya, qayınanamgilə göndərdim. 1 həftədən sonra qızım gəlmək istəmədi. Oğlum isə qayıtdı. Qızım atası ilə qalmaq istədi. Razılaşdım".
Bülbül Hacıyeva qeyd edib ki, hadisə olan günü hadisəni internetdən oxuyub xəbər tutub: "İnternetdə yanlışlıqla mənim qızımın şəklini qoymuşdular. Zəng elədim qayınanama, dedi, narahat olma, qızın yaxşıdı. Dedim, hardadısa götürərəm. Getdim, götürdüm. Uşaq donmuşdu. Bir neçə gün heç nə danışmadı. Sonra onu rayona göndərdim. İlk əvvəl bizə demişdi ki, qız pilləkəndən yıxılıb. Düzdür, mən uzun müddət orda qalmışam. Həmin pilləkən sürüşkən olurdu. Sonradan qızım anama deyib ki, Ramiləni atası öldürüb. Gətirdim, rayondan istintaqa yenidən ifadə verdi".
Bülbül Hacıyeva qeyd edib ki, qızını atasının əleyhinə ifadə verməyə öyrətməyib: "Mmən ona heç nə deməmişəm. Elnar ömür boyu tüfeyli həyat sürürdü. Normal adam deyil".
Prokurorun suallarını cavablandıran Bülbül Hacıyeva deyib ki, Elnarın Samirə adlı qadınla münasibətinin olduğunu bilirmiş: "Qızımı onlara verəndə Samirənin varlığından xəbərsiz olmuşam. Sonradan xəbər tutdum, zəng elədim ki, gəlib səni götürüm. Dedi, gəl götür. Üstündən 3-4 gün keçdi, bu hadisə baş verdi".
Ölən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva da prosesdə dindirilib. Samirə Yarıyeva da hazırda həbsdədir. Ona qarşı CM-nin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.
Samirə Yarıyeva da təcridxanadan gətirilərək məhkəmədə dindirilib.
O qeyd edib ki, həyat yoldaşından boşandıqdan sonra 4 uşağı ilə Bakıya gəlib: "Uşaqları saxlaya bilmədim. 3-nü aparıb uşaqlar evinə qoydum. Bircə Ramiləni özümlə saxladım. Kafelərdə ofisiant işləyirdim. 2016-cı ildə Elnarla tanış oldum".
Samirə Yarıyevə qeyd edib ki, Elnar anasına onu kirayəçi kimi təqdim edib: "Elnarla münasibətimiz yarandı. O, məni evlərinə apardı. Anası elə bilirdi ki, mən orda kirayə qalıram. Elnar mənim yanımda uşağıma heç vaxt pis davranmayıb. Digər uşaqlarıma da birlikdə gedib baş çəkirdik".
Həbsdə olan qadın bildirib ki, hadisə günü Elnar onu zəng edərək təcili evə çağırıb: "Evə gəldim, Elnarın anası da evdəydi. Dedilər, Ramilə pilləkən yıxılıb ölüb. Özümə gələ bilmədim. Elnarın anası uşağı yumağa apardı. Sonra qızımın meyitini basdırmaq üçün Ağsuya göndərdim. Qardaşım orda dedi ki, qızın üstündən sanki maşın keçib. Mən də "102"yə zəng edib qızımın avtomobillə vurulduğunu dedim.
Prokuror bildirib ki, istintaq ifadələrinə görə, uşağın meyitini Elnar Hacıyevin anası yumağa aparanda onlar hər ikisi evdə qalıblar: "Hər ikisinin ifadəsində də var ki, onlar qalıb intim münasibətdə olublar".
Samirə Yarıyeva bunu inkar etsə də, təqsirləndirilən Elnar Hacıyev bunu təsdiqləyib.
Prokurorun suallarına cavablandıran Samirə Yarıyeva heç vaxt qızını döymədiyini, əzab vermədiyini deyib. Bu zaman Samirə Yarıyeva özündən gedib. Məhkəmədə müəyyən fasilə yaranıb.
Daha sonra prosesdə bir neçə şahid dindirilib.
Məhkəmə prosesi iyunun 23-də davam edəcək.
Qeyd edək ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.
İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda qeyri rəsmi nikahda Samirə Yarıyeva ilə birgə yaşayıb. Hən Elnar Hacıyevin həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızları olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o doğma qızı H.H.ya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirərək ayaqları yuyub. E. Hacıyev ayağın yuduğundan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qızı yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqov qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev 6 yaşlı qızı divana uzadıb. Öz qızı H.-nı Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.
Bundan başqa Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3( qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.