NASA yaşamaq ehtimalı olan 10 planet aşkar etdi

20-06-2017, 09:46           
NASA yaşamaq ehtimalı olan 10 planet aşkar etdi
10 yeni planet kəşf edildi

NASA-dakı Kepler araşdırma qrupu günəş sistemindən xaricdə, Kepler Teleskopunun yer kürəsi böyüklüyündə həyat ehtimalı olan yeni planetlər kəşf etdiyini bildirdi.

NASA-nın Kaliforniyadakı Elm Direktorluğu missiyasının Astrofizika bölümündə Kepler proqramı üzrə elm adamı Mario Perez, kəşflə əlaqədar verdiyi şərhdə, “Bunların qalaksidəki frekanslarını öyrənmək, başqa bir dünyanı birbaşa izləməklə, NASA missiyalarının gələcəyini formalaşdırmasına məlumat dəstəyi göstəriləcək” – deyə bildirib.


Ümumilikdə, 4 mindən çox planet aşkar edilib. Kepler-in araşdırma apardığı yerlərdə minlərcə yeni planetliyə namizədlərin olduğu və bunlardan Dünya böyüklüyündə olan 10 planetdə yaşamaq mümkün ola biləcəyi ehtimalı aşkarlanıb.

Elm adamları yaydıqları araşdırmada, Kepler teleskopuyla bütövlükdə 4 min 34 planetliyə namizəd planet kəşf edildiyini açıqladılar.

Adını kosmos alimi Johannes Kepler-dən alan Kepler Teleskopu, kosmosdakı müşahidələrinə ilk dəfə 7 mart, 2009-cu ildə başlamış, 2013- dəki problemlərinə baxmayaraq, kosmosdakı müşahidələrinə davam etmişdi.

Teleskopu istifadə etmək üçün 2018-ci ili gözləmək lazımdır. 2018-ci ilin oktyabrında bazara çıxarılacağı açıqlanan yeni nəsl James Webb Teleskopunun da alimlərə Kepler-in tapdığı planetləri daha da yaxından müşahidə imkanı verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.