Azərbaycanda "qara siyahı"ya salınan rusiyalı iş adamı Qarabağa səfərinə aydınlıq gətirib
12-07-2015, 12:45
Azərbaycanda "qara siyahı"ya salınan rusiyalı iş adamı German Sterliqov Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa köçmək barədə qərarının səbəblərini açıqlayıb.
teref.az xəbər verir ki, o "Komsomolskaya pravda" qəzetinə müsahibəsində ailəsinə təhlükə olduğunu bilirdi.
"Bunlar sifarişlə görülən işlərdir. Məni və ailəmi yox etmək istəyirlər. Ona görə mən bəxtimi sınamaq istəmədim və bura çıxıb gəldim", — deyə Sterliqov bildirib.
Müxbirin "Həyatınıza təhlükə var idi?" sualına isə:
" Adamı məhv etməyin cürbəcür yolları var! Öldürmək, iynəyə oturtmaq" cavab verib!
Sterliqovun sözlərinə görə, o, əvvəlcə Ukraynanın hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə yollanmaq istəsə də, sonradan oradan xoşu gəlmədiyini deyib.
Sonda işğal altında olan Qarabağa gəlib və Şuşa şəhərinin 27 km-dəki Şırlan kəndi ərazisində yaşamağa qərar verib. Sterliqov burda hal hazırda bir dəyirman aldığını və indi bu dəyirmanda üyütdüyü unu satdığını deyir və göstərir, O burada biznesindən də danışıb.
"Qarabağ Rusiya şəhərləri üçün həm də ekoloji təmiz və ucuz məhsul mənbəyidir. Burada o qədər cürbəcür meyvə və tərəvəzlər var ki, onları emal edib Rusiya bazarına çıxartmaq lazımdır. Burada elə təmiz və faydalı şirələr, kampotlar, şərablar istehsal etmək olar ki, Moskvalılar bunların dadına baxsa, orada satılan kimyəvi məhsullardan imtina edəcək".
O dostu Levon Ayrapetyanın ona iki at hədiyyə etdiyiniu də vurğulayıb. Levon Ayrapetyan "Başneftin sahibi" indi Moskvada bir çox cinayətlərdə təqsirli bilinən erməni milyarderi həbsdədir. Düzdür xəstəliyi ilə əlıaqədar vəkilləri onu ev dustaqlığına buraxdıra biliblər.
Azərbaycanın Xarici İşlər Nazirliyi biznesmen German Sterliqovun adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.