Məmurlar necə veteranların qəlbinə tüpürürlər
13-07-2015, 20:44
Teref.infi: Hər dəfə Vətən haqqında danışanda mənim gözümün qabağına,bu vətən yolunda döyüşmüş,onun ücün canını,səhhətini və bunlardan daha cox qəlblərini qoymuş insanlar gəlir. O insanlar ki,biz evdə sakit yatdığımız zaman ,uşaq böyütdüyümüz,işlədiyimiz və kücələrlə maneəsiz getdiyimiz zaman cəbhələrdə qanlı günlər yaşadılar.
Və hər dəfə bu Vətəni və bizləri qoruyan insalara olunan haqsızlıqlar haqda eşidəndə,mən pis oluram,sanıram ki, mənim qəlbimə tüpürmüşlər.Cünki bizləri və öz vətənini qoruyan insanlar- Allah və bəşəriyyət qarşısında təmizdirlər.
Cox zaman mənim jurnalist parktikamda ,haqsız incidilən,insanlığa sığmayan şəraitdə yaşıyan,haqları cəmiyyətin problemlərindən kabinetlərinin qalın qapıları və ştatlı cangüdənləri ilə qorunan məmurlar tərəfindən ayaqlar altına atılmış Qarabağ müharibəsinin acılarını qəlblərində hər zaman sızıltıyla gəzdirən veteranlarla görüşlərim olur.Hər dəfə bu insanların gözlərinə baxanda mən icimdə yandırıcı utanc,sümüyə qədər işləyən ağrı hiss edirəm. Elə bilki,bu insanlara olunan haqsızlığa günahkar mənəm. Bəlkə də mənəm,sənsən,odur-cəmiyyətin hamısıdır.
Görkəmli Rus vəkili necə də gözəl demiş: Allah necədə qəlbim ağrıyır. Ağrıyır-başqasının ağrısı ilə...Bəli mənim də qəlbim ağrıyır. Onların dərdi ilə. Hansı ki ,dövlərtvə hökumət dediyimiz məfhumun qalın divarları arxasında oturub,onları qəbul etməyənlərin,vəzifəyə veteranların qanı üstündən gələnlərin,veteranları qəbul etməməsinə,onlara yalan vədlər verməsinə,onlara göyün yeddinci qatından özlərini Allah hesab edərək,aşağı baxmasına.Qəlbim ağrıyır Vallah.
Onlar sizlərin bahalı maşınlarda gəzdirdiyiniz,istirahətinə milyonlar yatırdığınız uşaqlarınızı sevdiyiniz kimi bi imtiyazı olmadan da sevdikləri uşaqlarını,ailələrini buraxıb ölümə getdilər. Düşündükləri və inandıqları o oldu ki: Dövlət onlar haqda düşünəcək və qayğı göstərəcək.Onlar düşündülər ki, savaşdan sonra dönəcək və onların həyatları dolğun olacaq. Bəli indi onların həyatı dolğundur-lakin yaşam dolğunluğu,haqq dolğunluğu,qayğı dolğunluğu ilə yox. Qurtarmayan problemlərlə. Bəli onlar bir qapalı zəncirin üzərində qacanları xatırladır-qacırlar dairəvi olaraq,amma başqa cıxışı olmadan.
Dövlətin onlara etibar etdiyi idarələrdə oturan məmurların ,veteranlara etdiyi bu haqsızlığın iki adı var,1-i AMNEZİYA-dır(yaddaşın itməsi) ,2-ci isə daha ağırdır-SATQIN OLMAQ.
BİR VETERANIN TARİXCƏSİ.
Tahirov Arif Ağdərə rayonunda döyüş aparıb. Sonradan Ağcabədi və Fizuliyə gondərib. Az zaman kecəndən sonra yenə də Ağdərə rayonunda Sərsəng su anbarı ətrafında gedən döyüşlərə qatılıb.1993 cü ilin bahardında özünün idarə etdiyi tanklar düşmən minasına düşərək partlayıb.Arif Tahirov tərəfindən şəxsən düşmənin 4 tankı,2 PDM-i,2 habisası və İkarus avtobusu vurulub.Təqribi hesablamalara görə 80 düşmən əsgərini məhf edib.”Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Minanın partlayışı Arifə iki ayağı bahasına başa gəldi. Protezlə gəzməyə vadar oldu,lakin artıq yaş dövrü gəldikcə protezlə gəzmək cətinləşdi,yaşadığı evdən isə həyətə əlil arabası ilə düşmək ücün hec bir şərait yoxdur.
-Bu gün dövlət və cəmiyyət bizim kimi əlilləri ümumi əlilləırlə bir sıraya qoyur-bir az onlardan,hansı ki,bədbəxt hadisə nəticəsində ,yaxud ümumiyyətlə belə doğulmuşlar,fərq qoymaqla.Mən başqa əlillərin əleyhinə deyiləm ,onlar da insandırlar ,lakin dövlət bizimlə onlar arasında hansı ki öz axmaqlığı ucbatından.avtomobili yüksək sürətlə sürərək əlil olmuşlar, sərt fərq qoymalıdır.Bizlərə hec bir normal insani şərait düşünülməmiş evlər verilir.Baxın dövlət proektlərində lift nəzərdə tutulmamışdır,mənsə artıq yaşlıyam,protez güyə bilmirəm,araba ilə isə,pilləkənlərdəı xüsusi yol olmadığından həyətə düşə bilmirəm ki,günəşə baxım. Dövlət məmuru “Gənclərin vətənpərvər ruhda böyüməsindən” danışır,ancaq düşünmür ki, gənclər bizim evdə böyüyür,onlar bizə bu “qayğını” görüb hansı “vətənpərvər” olacaqlarsa-düşünəndə qəlbim ağrıyır. 2002-ci ildə bizə sərəncamla 1 hektar yer verdilər,ev tikilməsi ücün,lakin Abşeron İH –i,bu yerin tam cox hissəsini biznesmenlərə satdı.İndi bizim həyətimiz yoxdur,gündüz elektrik işığında otururuq ona görə ki,evimiz dörd tərəfdən hübdür binalarla əhatə olunub.Abşeron r-n İcra Hakimi Z Fərəcov bizdən torpağı alanda söz verdi ki,sizə 5 sot həyətyanı torpaq ayıracam.Lakin bu söz də boş olaraq qaldı. Sonradan biz PA-ya məktubla müraciət etdik,lakin məktub yenidən Z.Fərəcova göndərildi. Fərəcovun müavini isə :Zakir müəllim sizdən inciyib,ona görə ki,siz ondan şikayət eldmisiniz-deyərək hec birimizi qəbul eləmədi.Sonradan yəqin belə”qəhrəmanlığına” görə Z.Fərəcov “Şöhrət” ordeni ilə mükafatlandırıldı.
Gülməli fakdır ki,MM Şəhid ailəsinə ,öz ailə başcısını itirdiyinə gırə 11.000manat,1-ci qrup Qarabağ əlilinə 8800 manat və 2-3 cü qrup əlilə isə daha aşağı məbləğdə kompensasiya təyin edib. Gülməlidir deyilmi? Xarici kompaniyalardan isə,işci ölümünə görə 40 000 manat kompensasiya verilməsini tələb edirlər. Buradan belə cıxır ki,məmur tayfası-bizlərin adını daha aşağı sortlu sementlə suvaqlayırlar-cünki biz onlar ücün sadəcə işlənən materialıq.Baxın artıq mən 22 ildir mənə düşən kompensasiyanı gözləyirəm,hansı ki dediklərinə görə bütün normativ sənədlər hazırdır.Amma pul yoxdur hələ deyirlər.Erməni idmancılarına yüksək qəbul,yaşamaq,yemək,gəzmək ücün isə pul tapıldı. Hər il belə böyük tədbirlər olur,bu tədbirlərə milyardlar tapılır-lakin bizə tapılmır.Yəqin “böyük neft imperiyasının” Ərəblərə oxşamaq istəyi-bizm kimi qan tökmüş insanların problemlərindən daha önəmlidir.
Beləliklə:
13.01.2014-cü ildə Qarabağ veteranları Ölkə Prezidentinə müraciət göndərdilər.Müraciətdə veteranların sosial problemləri və əlillərin işsizlik provlemi qeyd olunmuşdu. Qatrabağ əlillərinin ictimai birliyinin prezidenti Firudin Məmmədovun dediyinə görə: müraciətdə əlil və veteranlara verilən təqaüdlərin az olması,veteran və əlillərin pul gəlirlərinin aşağı olması,tibbi sığorta,kommunal xərclərdə güzəştlər və əlillərin ailə üzvlərinin təhsil ödənişlərindən azad olunması kimi məsələlər qeyd olunmuşdu.Müraciətdə həm də əlillərin və veteranların problemlərini operativ həll etmək ücün komissiya və işci qrup yaradılması barədə qeydlər də vardı.
Qarabağ veteranlarının ictimai birliyinin sədri Etimad Əsadov ,Qarabağ döyüşcülərinə həm məmur həm də cəmiyyət tərəfdən etinasız yanaşıldığını vurğulayır.
Yadınıza salmaq istəyirəm ki, 2012-ci ilim may ayından Azərbaycanda, əmək pensiyası alan veteranlara verilən nəqliyyat,kommunal və digər sahələr ücün pul kompensasiyası saxlanıldı.2013-cü ildə Ehtiyatda olan zabitlər birliyinin sədri Yaşar Cəfərli Dövlət Sosial Müdafiə Fondunu veteranlara provokasiya etməkdə günahlandırdı.Onun sözlərinə görə,2001 ci ildə dövlət veteran və müharibə iştirakcılarına güzəştləri ləğv edəndən sonra ,bu kateqoriyaya 11 manat 70 qəpik civarında ödəmə qoymuşdu. Lakin DSMF-hec bir hüquqi əsası olmadan 2006-cı il düzəlişini əsas götürərək həmən vəsaiti veteranlara qaytarmaq istəmir. Və bu sahədə məhkəmə qanunlarına da riayət eləmir.
Bizim redaksiyaya coxlu sayda hərbci və veteranlar ,onlara veriləcək(1994-2010 illər ücün) “istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasını” illərdir verilməməsi haqda şikayət ünvanlayırlar. 2015 ci ildə belə sərəncam oldu və yüksək cinli kabinetlərdə oturanlar və hal hazırda xidmətdə olanların böyük bir hissəsi bu pulu za bir müddət icində hesabladıb aldılar. Lakin ehtiyatda olan zabitlər və digər hərbi qulluqcular,illər uzunudur ki,bu pulu ala bilmirlər-baxmayaraq ki,ölkənin Baş Naziri Artur Rəsizadə,bu haqda Əmək və Əhalinin sosial Müdafiəsi və Maliyyə nazirliyinə bu haqda göstəriş vermişdi.Mənin o zaman zəngimə bu nazirlikdən: Avropa oyunları qurtaran kimi verəcəyik-deyə cavab eşitdim. Lakin məum olduğu kimi,oyunlar bitəndən sonra da bu kompensasiya ödənilmir və Əmək və Əhalinin sosial Müdafiəsi,Maliyyə nazirliyində,nə vaxt ödəniləcəyi haqda məlumat verməkdən qacırlar. Mənim sualıma onlar: İş gedir,sərəncam var,qoy gözləsinlər-deyə cavab aldım. Nə vaxta kimi gözləsinlər və niyə gözləsinlər? Bir sərəncama uyğun ödəmə kabinetdə oturanlara tez bir zamanda.ehtiyatda olanlara isə illərlə verilməməsinin adı nədir? Ölkənin Baş Nazirinin sərəncamına bu qədər laqeyidliyin adını nə qoyaq? Məyər dövlət ctrukturları,nazirlikliklər Baş Nazirinin göstərişinə bu qədər vaxt məkanında əməl etməlidirlərmi?
Bununla belə ,bu ödəmələri illərlə gözləyən,Dövlətə ,xalqa sədaqətlə xidmət edənlərin ehtiyacı daha coxdur,ailə problemləri,uşaqlar,ərzağın bahalaşması,kommunal ödəmələr,səhhət və dərman problemləri. Maliyyə və Əmək və Əhalinin sozial Müdafiəsi nazirliklərində bu kontinmgent insanlara nə vaxta qədər ucuz və barmaqarası baxacaqlar. Mütləq bunun ücün Ali Baş Komandanamı müraciət lazımdır?
P.S.Son zamanlar Qarabağ problemini müharibə yolu ilə cözülməsindən cəmiyyətdə cox söhbətlər gedir. Şou biznes ulduzlarə əyinlərinə komuflyaj geyinərək bayağı mahnılarla əllərindəki bağyrağı yelləyir, məktəblərdə hərbi dərslər kecilir,”Hərbi vətənpərvərlik klubları yaradılır”.Hamı”Patriot olun,vətən yolunda savaşa hazırlaşın” şüarlarını cığırmazdan vaz kecmir.Lakin...
Mən bu ideyanı təbliğ edənlərə sual verirəm: Hansı patriotluqdan danışırsınız ki,əlində silah,vətəni .torpağı uğrunda savaşlara qatılmış insanların həyatını hər cür bəhanələrlə cətinləşdirirsiniz? Hansı vətənpərvərlikdən danışırsınız ki, özünüzə catanda milyonlar udursunuz,lakin bu insanlara düşəcək qəpikləri özünüzün olmayan büdcədən verəndə qarnınız ağrıyir? Həmən patriotlar.vətənpərvərlər onların evladı,qohumu,qonşusudur-inanmıram ki, siz onlara belə rəftar edəcəyiniz halda-istədiyiniz məhsulu gənclərdən ala biləsiniz. Sizin yetişdirmək istədiyiniz məhsul,pestisidli və dərmanlıdır. Onlar günəşı-yəni veteranları qara gündə görəcəkləri zaman solacaq.
YANA MƏDƏTOVA.
Median.az (ixtisarla)