Çe Gevaranı kimlər və niyə öldürdü?

13-07-2015, 23:21           
Çe Gevaranı kimlər və niyə öldürdü?
Çe Gevara (ölümqabağı): “Atəş aç, qorxaq! Sən kişini öldürəcəksən!”
(Naqus-Martin kinoşirkətinin versiyası əsasında)
1967-ci il oktyabrın 8-də Boliviya hərbçiləri ölkənin mərkəzindəki Yuro dərəsində XX əsrin ən məşhur inqlabçılarından biri Çe Gevaranın başçılıq etdiyi kiçik partizan dəstəsini mühasirəyə alır. Sonra yaxınlıqdakı kənddə 6 atəş səsi eşidilir…
39 yaşlı Çe Gevara 1967-ci ilin payızında əfsanəyə dönmüşdü. Onun ad-sanı doğma Argentinanın hüdudlarından xeyli uzaqlara yayılmışdı. Lakin yetərincə ad çıxartmış bu xarizmatik inqilabçı qısa ömrü ərzində saysız-hesabsız düşmənlər qazanmışdı. Bunların içində Çe Gevaranın devirməyə cəhd etdiyi qəddar rejimli Boliviyanın hərbi hökuməti xüsusilə özündən çıxmışdı.
Çe Gevaranın dümənlərindən biri də onu son dərəcə ziyanlı və təhlükəli adam hesab edən Mərkəzi Kəşfiyyat İdarəsidir. Çe Gevara ilk dəfə 1954-cü ilin iyununda Mərkəzi Amerikada Qvatemalada qiyamçıların hakimiyyəti zəbt etmək cəhdlərinə qarşı çıxanda MKİ-nin diqqətini cəlb edir. Bu ölkədəki kommunist meyllərindən narahat olmuş Birləşmiş Ştatların prezidenti Duayt Eyzenhauer MKİ-yə tapşırır ki, marksist prezident Qusmanın başçılıq etdiyi Qvatemala rejiminin devrilməsində qiyamçılara yardım etsin.
Qiyamçılar Çe Gevara da daxil olmaqla qiyamçıların əksəriyyətini ölkədən qaçmağa məcbur edə bildilər. İndi o, həbs ediləsi, öldürüləsi və yaxud deportasiya olunası adamların siyahısındadır.
Çe Gevara ixtisasca həkim idi. O, ümumşəhər xəstəxanasında işə düzəldiyi Mexikoya gedir. Asudə vaxtlarında çoxlu mütaliə edir. Xüsusən də Marksla Lenini. Onu həmçinin inqilabi-hərbi strategiya da maraqlandırır. Xüsusən də iyirmi il əvvəl İspaniyada baş vermiş vətəndaş müharibəsi. MKİ kimi qurmun hələ Qvatemalada demokratik yolla seçilmiş hökumətin devrilməsinin təşkilində necə həlledici rol oynaya bilməsini anlayan Çe Gevara indi qəti şəkildə əmindir ki, sosializmə və yaxud kommunizmə aparan yeganə yol silahlı müqavimətdir.

Çe Gevara 1955-cili mayında hələ Mexikoda olarkən onun həyatını həmişəlik dəyişdirəsi adamla tanış olur. Onun adı Fidel Kastrodur. Kastro 1953-cü ilin iyulunda prezident Xulsensio Batistanı devirməyə uğursuz cəhdə görə həbsxanada yatandan sonra öz doğma ölkəsi Kubanı könüllü tərk edib. Lakin Kastro Kubadan sürgün edilənləri bir yerə yığıb sonralar “26 iyul inqilabi hərəkatı” kimi məşhurlaşan təşkilatı yaratmaqla bir daha çevriliş etmək niyyətindədir. Kastro iki il əvvəl 160 adamla Santyaqodakı Mankada kazarmasına hücum etdi. Hücum uğursuz alındı. 100-dən çox qiyamçı öldürüldü və ya yaxalandı. Kastro da daxil olmaqla qalanları aradan çıxmağa çalışdılar, lakin onları sürətlə mühasirəyə aldılar.
Kastronu əvvəlcə ölümə, sonra 15 illik həbs cəzasına məhkum etdilər. Kastro 1955-ci ilin mayında ümumi əfvə düşdükdən sonra Mexikoya getdi.
Kastronun radikal idealizmi Çe Gevarada güclü təəssürat yaradır. O, Fidelə qoşulur. Lakin Fidelə yanaşmaqla bilmir ki, həyatının sonuna qədər onu diqqətlə izləyəcək MKİ-nin hədəfinə çevrilib.

1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində orta sinfə məxsus liberal ailəsində anadan olmuş Gevara beş uşağın böyüyüdür. Onu Ernester deyə çağırırlar. 25 ildən sonra əsil adının əvəzinə özünü Çe adlandıracaq ki, bu da Argentinada “yoldaş” deməkdir.
Gevara 1947-ci ildə orta məktəbi fərqlənmə ilə bitirib Buenes-Ayresdəki universitetdə təbabəti öyrənməyə başlayır. O, məzuniyyət vaxtının çoxunu yaxın dostu və həmkarı Alberto Qranadasla Güney Amerikanı gəzməkdə keçiridir. Gevara bu böyük qitədə səyahət edərkən çoxlu xəstə, yoxsul və hüquqsuz insanlarla rastlaşır. Üzləşdiyi ədalətsizlik və xurafat Gevaranı əmin edir ki, əsil bərabərliyi yalnız sosializm yolu ilə və lazm gəlsə, inqilabla əldə etmək olar.
Gevara 1953-cü ilin martında həkim diplomu alır. Lakin atasının məyusluğuna baxmayaraq özünü tamamailə tibbə həsr etmək niyyətində deyil. Təkcə bu şərtlə ki, həkimlik inqilabi fəaliyyətə dayaq olsun. Gevara sonra elə həmin il inqilabın on iki ay əvvəl hərbi xuntanı devirdiyi Boliviyaya yollanır. Hazırda ölkəyə Güney Amerikanın demokratik yolla seçilmiş iki-üç prezidentindən biri olan Viktor Estensoro başçılıq edir.
Gevarada təəssürat yaranır ki, Estensoro cəmiyyətin yoxsul üzvlərinə, hər şeydən əvvəl isə yerli hindulara yetərincə kömək etmir. Lakin Gevara heç nə edə bilməz. Ən azından, hələlik.
Gevara 1955-ci ildə Kastro ilə ilk dəfə görüşəndə ona elə gəlir ki, nəhayət, öz ideallarını gerçəkləşdirə bilər. Kastro əvvəlki kimi Kubaya soxulmaq və Batistanı devirmək qətiyyətindədir. Lakin onun cəmi bir ovuc adamı var. Onlara qarşı isə Batista hökumətinin qüvvələri duracaq. Kastro kömək üçün İspaniyanın keçmiş respublika ordusunun zabiti, onun adamlarını partizan döyüşü sənətinə öyrədən Alberto Bayyoya müraciət edir.
Onlar Mexikodan güneyə sarı gözdəniraq yerdə bir rançonu icarəyə götürürlər. Gevara tezliklə Bayyonun ən yaxşı şagirdi olur. Bayyo və Kastro onda liderlik istedadı görürlər. Və tezliklə onu sınaq gözləyir.
24 noyabr 1956-cı il, Mexiko. Kastro və Gevara da daxil olmaqla, təxminən, 80 adam şərq sahilindəki kiçik çay limanına yollanırlar. Onların rançoda olmasından təşvişə düşüb təqibə başlayan polisi altı saat qabaqlayırlar.
İnqilabçılar ertəsi gün kiçik “Qranma” gəmisi ilə Kubanın şərq sahilinə yola düşürlər. Çoxlarının dəniz xəstəliyindən əziyyət çəkdiyi bu səfər altı gün çəkir.
2 dekabr 1956-cı il, Los Kayelos, Kuba. Cənubi-qərb sahilinə çıxmış inqilabçılar adanın dərinliklərinə yollanırlar. Onlar üç gündən sonra Batista hökumətinin qüvvələri ilə rastlaşırlar. Sayca az inqilabçılar çarəsizlikdən geri çəkilirlər və Kastro ilə yaralanmış Çe Gevara da daxil olmaqla onlardan cəmi iyirmisi xilas ola bilir. Məğlub inqilabçılar belə bir durumda güneydəki Siyero-Mayestro dağlarında sığınacaq axtarmalı olurlar. Onlar növbəti 18 ayı orada gizlənirlər. Kubalıların böyük əksəriyyəti, birinci növbədə isə satqın Batista rejiminə nifrət edən yoxsullar onların əməlini bəyənir. Kastronun məqsədindən ruhlanan camaat tədricən onun bayrağının altına axışır və dəstə tədricən artır. İndi üsyançıların sayı üç mindən çoxdur.

Çe Gevara Kastronun ən etibarlı komandirlərindən biridir. Nəhayət, Fidel Batistanın qoşunlarına hücuma başlamağa hazırdır.
Kubada qoyduğu sərmayənin taleyindən narahatlıq keçirən Birləşmiş Ştatların hökuməti 1958-ci ildə Batistaya bir milyon dollar yardım ayırır. Lakin çox gecdir. Batistanın ordusu hələ də inqilabçıları sayca və silahla təchizat baxımından xeyli dərəcədə üstələsə də, inqilabçıları nə dayandırmaq olur, nə də darmadağın etmək.
Çe Gevara döyüşlərdə özünün qeyri-adi qabiliyyətlərini təkrar-təkrar nümayiş etdirir. O indi təkcə cəsur başçı nüfuzuna malik deyil, həm də sərt komandir kimi ad çıxardıb. Cüzi qəbahətə görə öz adamlarını amansız şəkildə cəzalandırır. Xəbərçiləri, fərariləri və casusları tərrəddüd etmədən güllələyir.
Kastro və Çe Gevara 1958-ci il dekabrın sonuna döyüşə-döyüşə Kubanın paytaxtı Havananın civarına çatırlar.
2 yanvar 1959-cu il, Havana, Kuba. İnqilabi ordu Havanaya girir. Batista vəziyyətin çıxılmazlığını anlayıb Dominikan respublikasında nicat axtarır. Lakin Kubanın xəzinəsindəki 300 milyon dolları özüylə aparmağı unutmur.
7 fevral 1959-cu l, Havana, Kuba. Kubanın yeni hökuməti Çe Gevaranı Kubanın vətəndaşı elan edir və onu Kabana həbsxanasının rəisi təyin edir. O, burada keçmiş məmurların və Batistanın kommunist fəaliyyətini boğmaqda ad çıxartmış gizli polisinin üzvləri də daxil olmaqla xeyli sayda adamın məhkəmə və edam prosesinə rəhbərlik edir.
Sonra Çe Gevara Milli Aqrar İslahatlar İnstitutunda hökumətin təmsilçisi olur. Birləşmiş Ştalar hökumətinin hiddətinə rəğmən əvvəllər ona məxsus olmuş torpaqlar və biznes milliləşdirilir.
Çe Gevara iddia edir ki, Kuba Birləşmiş Ştatlardan maksimal şəkildə uzaqlaşmalı və Nikita Xruşovun başçılıq etdiyi Sovetlər Birliyi ilə yaxın münasibətlər qurmalıdır.
1959-cu ilin noyabrında Çe Gevaranı Kuba Milli Bankının prezidenti təyin edirlər. Onun imzası ölkənin banknotlarında görünür.
Növbəti ilin başlanğıcında Kuba Sovetlər Birliyi ilə ticarət sazişi imzalayır. İndi Kuba şəkər ixracının əvəzində neft və yüz milyonluq kredit alacaq. Bu amerikalıları özlərindən o qədər çıxardır ki, hökumət bir neçə həftədən sonra Kubaya neft satışına qadağa qoyur və şəkər idxalını dayandırır. MKİ eyni zamanda adaya müdaxilə planlaşdırmaqla Kuba mühacirlərindən ordu hazırlayır.
Kuba Sovetlər Birliyi ilə mükəmməl diplomatik əlaqələr qurur. Kubanın Amerikanın mülkiyyətini mənimsəməsi Birləşmiş Ştatların dərman və ərzaqdan başqa bütün idxal-ixracata qadağa qoyub adaya qarşı qismən embarqo tətbiq etməsinə gətirib çıxardır.
3 yanvar 1961-ci il, Vaşinqton. Birləşmiş Ştatlar rəsmi şəkildə Kuba ilə diplomatik münasibətləri kəsir. Birləşmiş Ştatların səbrinin həddi var… 17 aprel 1961-cil il, Donuz körfəzi, Kuba. 1300 Kuba mühaciri MKİ-nin dəstəyi ilə güney sahilə çıxardılır. Onların hədəfi Kastronu devirməkdir. Güman edilir ki, sahilə çıxandan sonra digər kubalılar, yeni hökumətdən narazı olan dissidentlər də onlara qoşulacaq. Lakin baş vermir. Heç kim onlara köməyə gəlmir. Əməliyyat əsil fəlakətə çevrilir. Daha çox ona görə ki, Birləşmiş Ştatların prezidenti Con Kennedi son anda Amerikanın HHQ-dən müdaxiləyə dəstək üçün istifadə edilməsinə sanksiya vermir.

Kastronun ordusu çox çətinlik çəkmədən işğalçıları dəf edir.
Çe Gevara əsas döyüşdə iştirak etmir. Kastro onu adanın qərbindəki Pinar Delrioya yollayır ki, aldadıcı manevr qüvvələrinə zərbə endirsin.
Bu arada mühacirlər sarsıdıcı məğlubiyyətə düçar olurlar. 90 nəfər öldürülür, qalanları əsir düşür. Baş verənlər prezident Kennedini ruhdan salır. Kastro isə Birləşmiş Ştatlara bir daha inanmayacaq.
1962-ci il oktyabrın 22-də prezident Kennedi Sovetlər Birliyindən Amerika qitəsindən cəmi yüz əlli kilometr məsafədəki Kubada raketlərin yerləşdirilməsindən imtina etməyi tələb edəndə Kastro ən ciddi sınaqla üzləşir. Nüvə müharibəsi ehtimalına görə Sovetlər Birliyinin lideri Nikita Xruşov geri çəkilir və Kubaya göndərilən raketli gəmilər geri qayıdır.

Bu həqarətə görə özündən çıxmış Çe Gevara sonralar Britaniyanın “Dayli Uorker” qəzetinə verdiyi müsahibədə bildirir: “Bu raketlər Kubanın nəzarətində olsaydı, onların hədəfi Amerikaın ən iri şəhərləri olacaqdı”.
Bu aqressiv ifadələr Birləşmiş Ştatlar hökumətinin və əlbəttə, MKİ-nin diqqətindən yayınmır.
Növbəti il Birləşmiş Ştatlar Kubaya qarşı daha sərt iqtisadi və sosial sanksiyalara əl atır. Birləşmiş Ştatların vətəndaşlarına Kubaya getmək yasaqlanır və Kubanın Amerikadakı aktivlərinin hamısı dondurulur. Birləşmiş Ştatların davranışından qəzəblənmiş Çe Gevara inqilabi ideyaları Kubanın hüdudlarından kənarda – Afrikada və Latın Amerikasının digər hissələrində yaymaqla məşğul olmağı qət edir. O həmçinin Sovetlər Birliyində də vaxt keçirdir.
1964-cü il dekabrın 11-də Nyu-Yorkda onu və Fidel Kastronu Kubanı diz çökdüməkdə ittiham edən bir qrup kubalı mühaciri yarıb keçən Çe Gevara Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına müraciət edir. Bu onun həyatında ən böyük anlardan biri ola bilərdi. Lakin onun uzun, dolaşıq nitqi nə kapitalistlərdə təəssürat yaratdı, nə də kommunistlərdə.
Çe Gevara üç aydan sonra ictimai həyatdan qeyb olur. Heç kim, hətta Kastro da onun yerini bilmir. Nəhayət, o, müharibənin viran qoyduğu Konqoda peyda olur. O burada bir qrup kubalı muzdlu ilə Belçika müstəmləkəçiləri ilə döyüşən qiyamçı kommunistlərə qoşulur. Lakin yerli əhalinin dəstəyi hədsiz dərəcədə zəifdir və qiyam tezliklə sönür.
Çe Gevara yenidən dünyanı dolaşmağa başlayır. Sezilmədən gah Tanzaniyada, gah da Çexoslovakiyada görünür. Birləşmiş Ştatları bəşəriyyətin ən böyük düşməni adlandıraraq bu ölkəyə qarşı özünəməxsus şəkildə müharibə elan edir.
Nəhayət Gevara 1965-ci 5 oktyabrın 5-də Kubaya qayıdır, lakin Kastro onu aeroportda olduqca soyuq şəkildə qarşılayır.
Çe Gevara tezliklə bütün rəsmi postlardan və Kuba milliyyətindən imtina edir və yeni macəralar axtarışına çıxır. Özünü dünya inqilabına həsr etməkdən ötrü Kuba ilə bütün əlaqələri kəsmiş Çe Gevara 1966-cı il noyabrın 3-də Boliviyaya gəlir. O, prezident Rene Bariyentesin başçılıq etdiyi hərbi xuntanın devrilməsinə yardım etmək niyyətindədir və ölkəyə Uruqvay biznesmeni adıyla gəlir. Çe Gevara növbəti bir neçə ayda zəruri qüvvələri formalaşdırmağa cəhd edir. Lakin yerli əhali pis yardımçıdır və partizanların sayı, bir qayda olaraq əllini aşmır.
Bununla belə, kiçik, lakin yaxşı hazırlanmış bu dəstə Boliviya qoşunlarını bir neçə dəfə məğlubiyyətə düçar edir. Xüsusən də Kamri dağ bölgəsində.
Bariyentes hövsələdən çıxır və and içir ki, Çe Gevaranın başı La Pasın mərkəzini bəzəyəcək. Qoşuna əmr edir ki, Çe Gevaranı diri, ya da ölü ələ keçirtsinlər.
8 oktyabr 1967-ci il, Yuro dərəsi, Mərkəzi Boliviya. Sübh çağı. Xəbərçidən məlumat almış, 1800-ə yaxın yaxşı silahlanmış Boliviya əsgəri amerikalı müşavirlərlə birlikdə Çe Gevaranın son sığınacağının ətrafındakı halqanı daraldır. Kiçik partizan dəstəsi günortaya yaxın tamamilə mühasirəyə alınır. Başlanmış döyüş bütün günü davam edir. Döyüş başa çatanda 7 partizan həlak olur, 5-i aradan çıxa bilir. Lakin Çe Gevara ayağından yaralanıb və hərəkət etməyə taqəti yoxdur. Onu əsir götürüb güney-qərbdəki Lai Huera kəndinə aparırlar. Çe Gevaranı orada yarıuçuq məktəbdə saxlayırlar.
9 oktyabr 1967-ci il, Lai Huera kəndi, Boliviya. Variyentes Çe Gevaranın tutulduğunu biləndən sonra ləngidilmədən onun edam edilməsi barədə əmr verir. Bu həm MKİ, həm də Birləşmiş Ştatların istəyinin əleyhinədir. Onlar istəyirlər ki, Çe Gevara Panamaya çatdırılsın və orada sorğuya tutulsun. Lakin MKİ-nin yerli xəfiyyəsi Feliks Rodriges bunu Boliviya zabitinə çatdıranda o, cavab verir ki, Birləşmiş Ştatların istəyinə yarınmaqdansa öz prezidentinin əmrini yerinə yetirməlidir.
Oktyabrın 9-da püşk atılır. Çe Gevaranın edamı leytenant Mario Teranonun qismətinə düşür. O ona altı dəfə atəş açır. Döşəmədə köməksiz halda uzanmış Çe Gevara bir anda keçinir. Deyirlər ki, onun son sözü “Bilirəm ki, məni öldürməyə gəlmisən. Atəş aç, qorxaq! Sən kişini öldürəcəksən!” olub.
Əməliyyata röəhbərlik edэn kmandir xatırlayır: “Radio ilə artıq məlumat vermişdilər ki, Çe Gevara döyüşdə aldığı yaradan ölüb. O anda düşündüm ki, əgər radio ilə məlumat verdilərsə, vaxt itirimək lazım deyil. Əmri dəyişdirməyəcəyəm. Otağa girdim, o orada skamyada əyləşmişdi. Ona baxıb dedim: “Komandos, çox təəssüflənirəm. Əlimdən gələni elədim”. O məni başa düşdü. Mənə baxdı. Əvvəlcə rəngi mələfə kimi ağappaq oldu. İnsanın bu qədər dəyişildiyini ömrümdə görməmişdim. Onun rəngi tamamilə ağardı, lakin yenə də sakitliyini qoruyub saxlayırdı. Mənə baxıb dedi:”Bu, xeyirliyədir. Mən diri-diri halda əsir düşmək olmaz”. Mən leytenanta yaxınlaşıb dedim ki, buradan aşağı vur, yuxarıdan vurma. Bu adam döyüşdə aldığı yaradan ölməlidir. O dedi: “Baş üstə, kapitan, baş üstə!” O, eytenant Parişanın karabinini götürdü. Bayıra çıxdım. Mən çıxanda gündüz saat 1 idi. Boliviya vaxtilə saat 1.10-da atəş səsləri eşitdim. Saata baxıb fikirləşdim ki, Çeni məhz bu vaxt öldürdülər”.

Gevaranın cəsədini helikopterə bağlayıb otuz beş kilometrlikdəki Valeqrande şəhərciyinə gətirirlər. Cəsədi buradakı paltaryuyanlar xəstəxanasında ümumi tamaşaya qoyurlar. Çe Gevaranın bilək və əllərini kəsib Boliviyanın paytaxtı La Pasdakı polis idarəsinə göndərirlər. Burada eyniyyətləşdirmə üçün onun barmaq izlərini götürürlər.
Sonra cəsədi Valeqranda aeroportunun yaxınlında gizli bir yerdə dəfn edirlər.
Sonra elə həmin aylarda Birləşmiş Ştatların dövlət katibi Dinras kəşfiyyat idarəsindən Gevaranın ölümü qəhrəmancasına qarşılamış ideal inqilabçı kimi əbədiləşəcəyini bildirən məlumat alır. Bunlar peyğəmbərcəsinə deyilmiş sözlər idi.
Ölümündən bir neçə həftə sonra Çe Gevaranın güllələrlə deşik-deşik edilmiş cəsədinin fotoşəkli bütün dünyaya yayıldı.
1997-ci ilin yayında onun cəsədi ekshumasiya edilib xüsusi tikilmiş mazoleydə bütün hərbi ehtiram qaydaları ilə yenidən dəfn edildiyi Kubaya qaytarıldı. Burada minlərlə insan iştirak etdi. Boliviyalılar Çe Gevarnı öldürməklə istər-istəmız onu əzabkeş şəhidə çevirdilər.
Çe Gevaranın nəhəng şəkliylə əvvəlki kimi Havanada və hər yerdə rastlaşmaq olar.
Kinayə bundan ibarətdir ki, Çe Gevaranın ideologiyası bütün dünya üzrə iflasa uğradı və indi onin irsi XX əsrin altmışıncı illərinin inqilabi mədəniyyətinin cəmi bir izidir.
Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.