UĞURUN YOLU
9-12-2017, 11:57
Elə insanlar olur ki onlara baxanda heç bir probleminin olmadığını düşünürsən. Təbii ki yaşadığımız həyatı problemlərsiz deyil və bu istisnasız olaraq hər kəsə aiddir. Bir qrup insanlar problemlərin içində itib batdıqları hətta bəzən intihar həddinə çatdıqları halda niyə digər qrup asanlıqla bu çətinliklərin öhdəsindən gəlir? Unutmayaq ki asan heç nə yoxdur. Hər bir uğura çatmış insanın həyat yolu böyük məşəqqətlərdən keçmişdir. Bizim bu dünyaya gəlməyimiz belə ağrılı və acılıb olub. Biz həmişə bu prosesdə ananın acı çəkdiyini görmüşük lakin çoxsaylı tədqiqatlar sübut etmişdir ki bur proses ana üçün ağrılı olduğu kimi körpə üçündə heç də asan bir proses deyildir. 3 cü trimestrdə bədən artıq körpəni orqanizmindən kənara atmağa çalışır.Artıq anada olan sancılar zamanı uşaqlıq divarları körpəni sıxmağa başlayır. Bu dönəmdə körpə çevrilərək başı ilə kiçik çanağa dirənir. Sancılar gücləndikçə dölün nəfəs alamağıda çətinləşir. Uşaqlıq yolu 8-10 santimetrə qədər genişlənir və artıq uşaqlıq dölü çölə atmağa başlayır. Dar bir yola girir körpə. Onun bu anda hansı ağriları keçirdiyini demək çox çətindir.Həyat onunçun daha çətin olmağa başladı. Yol dar bu yolda çətin döngələr var. Bu yolun onu hara aparacağını körpə bilmir. Hiss elədiyi sadəcə narahatçılıq və ağrıdır.Hər sıxılma əslində onu bir az daha genişliyə yaxınlaşdırır. Budur...artıq yolun sonuna gəldi. İlk öncə körpənin başı və daha sonra çiyinləri görünməyə başlayır.Körpə üçün yeni dünya açılır. Bu dünya onun əvvəl yaşadıöı yerdən çox fərqlənir. Çox işiqlı və səsli küylüdür.... Biz qaranlıq dünyadan dünyadan işıqlı dünyaya çətinlikləri məneələri keçərək gəlmişik. Deməli asan heç nə yoxdur! Hər bir çətinlik əslində qarşıdakı uğurun xəbərçisidir. Bu çətinliklərə fikir verməyib sakitcə onların ötüb keçməsini gözləmək lazımdır. Çünki çətinlikləri daha da dözülməz edən bizin "an" a bağlı olub qalmamızdır..
Xanım Ağasiyeva