GETDİLƏR-hələlik təlimə. Amma ZAMAN GƏLƏCƏK, ZAMANIN SAHİBİ KİMİ-ONLAR GÜN DOĞANA,VƏTƏN ÜCÜN GEDƏCƏKLƏR!
13-09-2015, 23:07
Bəlkə bu qədər qürurdan gözüm dolmamışdı mənim. Son zamanlar bu uşaqların sözə qulaq asmaması, hərdən də cavab qaytarmaları məni hövsələdən cıxarmışdı. Son zamanların uşaqları Allaha and olsun ki, kəmhövsələ, cinnicəfər qoşunu olub. Bu internetin bunların canına hopmasındanmı, yoxsa icində min cür kimya olan qidalardanmı - bilmirəm. Əlqərəz...
Zəng gəldi evə. Oğlunuz səfərbərlik planına uyğun cağrılır. Arvad tayfasın demirəm - Allah arvadı göz yaşı ücün yaradıb. Ona baxmadım. Düzü qorxa - qorxa, işdə olan 3 il bundan qabaq hərbi xidmətdən qayıdan kiçiyimə zəng vurdum ki: Bala cağırırlar, yəqin müharibəyə gedəcəksən. Qorxdum ki, deyə: Mən getmirəm, qoy nazir balaları getsin. Qorxdum ki, illərlə millətə patriotluq yeridən mən - qeyripatriotluq qapazı alaram...
-Nə yaxşı, papa, Allaha şükür. De bu dəqiqə yerimə adam qoyub,10 dəqiqəyə ordayam.
Allah sənə min şükür, xəcil eləmədin məni. Amma kəşfiyyat boş şey deyil axı.
-A bala, bəlkə qaçasan rayona, qoy nazir balaları getsin - dedim.
-Bəs onda sən camaat arasına necə çıxarsan? Mən necə çıxaram? Döyüşcü, zabit oğlu tanıtmışam özümü hər yerdə. Oğraşlıq olmazmı. Yoox, mən gəlirəm artıq yoldayam.
Ağladım. Hönkür - hönkür...
Bütün ac, yalavac, çirk - paslı, yaralı, xəstə günlərim, səngərlərin palçığı, yaralıları sarğı edərkən qanlı əllərim düşdü yadıma. Sadəcə həyətdə şaftalı ağacının altında hönkürdüm.
Yetirə bildiyimə, itirmədiyimə, oğul dediyimə qürürümun sevincinə hönkürdüm.
Sadə bir sentyabr gecəsində getdilər. Avtobusa doluşub, qapazlaşaraq, limonad icərək, avtobus pəncərəsindən diş ağardaraq. GETDİLƏR.
Yox müharibə deyildi bu. Sadəcə hazırlıq idi. Amma tilsimin qanadın sındırmışdım mən.
Gedəndə balacamın mənə dediyi zarafat indi də qəlbimin qızıl damarıdır: Oğlum, heç narahat olma, ölərik, düşməni əzərik. Biz də ya ŞƏHİD, ya QAZİ olarıq.
Bəli ATAM, inamım da var idi ki, belə böyüyərsən-azacıq şübhəm də kirli buz kimi əriyib şəffaf çaylara qarışdı.
Onlar getdilər. Bu yazımda HH darvazası önündə zırıldayan yekə kişiciyəzlərdən, "məni pulla qurtar haa" deyənlərdən yazmıram.
Çün ATAMIN dünyasına buraxmaq istəmirəm bunları, oğul kimi saf saxlamaq istəyirəm.
GETDİLƏR-hələlik təlimə. Amma ZAMAN GƏLƏCƏK, ZAMANIN SAHİBİ KİMİ-ONLAR GÜN DOĞANA,VƏTƏN ÜCÜN GEDƏCƏKLƏR!
Abuzər Əbilov