Spirtli içki içdiyiniz gün başağrı dərmanı qəbul etməyin - Qəfil ölüm baş verə bilir
11-08-2018, 00:10
Alkoqollu içki, energetik içki, pivə içən kişilər qızdırma, soyuqdəymə, başağrısı və qrip zamanı parasetamol və eyni tərkibdə dərman qəbul etməməlidir.
Hurriyyet.org bildirir ki, Medicina.az-ın xüsusi araşdırmasına görə, spirtli içki və pivə içən şəxs həmin gün parasetamol qəbul, edərsə onun səhhətində geri dönməz ağırlaşmalar yaranacaq, hətta təcili yardım çağırılsa belə nə baş verdiyini anlamayacaq. Çünki içki ilə ağrıkəsicinin reaksiya verdiyi və fəsadları həkimlərin belə ağlına gəlmir, xəstə də bu barədə məlumat vermir.
Sadəcə ağrıkəsici, qızdırmasalıcı inyeksiyalar edə bilərlər. Lakin 1 sutka ərzində xəstədə kəskin qaraciyər çatışmazlığı baş verə, xəstə ildırım sürətilə həyatını itirə bilər.
Odur ki, ailə üzvlərinizin içki içdiyi gün dərman qəbul etməsinə yol verməyin.
Qeyd edək ki, xüsusən spirtli içki qəbul edən şəxslərdə təzyiqin oynaması nəticəsində başağrılar olur. Bu zaman problemi aradan qaldırmaq üçün yuxarıda sadalanan dərmanlar qəbul edilir ki, bu də çox təhlükəlidir.