İŞİD-ə sızan kəşfiyyatçı: Terrorçuları necə aldatdı - Şok

28-08-2018, 10:32           
İŞİD-ə sızan kəşfiyyatçı: Terrorçuları necə aldatdı - Şok
2014-cü ildə İŞİD sıralarına sızan İraq kəşfiyyatının zabiti Harit əl-Sudani terror qruplaşmasının ölkədə təşkil etmək istədiyi 48 hücuma mane olub.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, kəşfiyyatçı İŞİD-in tərkibində partladıcı qurğu yerləşdirilmiş avtomobillərin hücum nöqtəsinə çatdırılması vəzifəsini həyata keçirib.

İŞİD liderlərinin ona verdiyi minalanmış avtomobilləri kəşfiyyat orqanlarına təslim edən əl-Sudani üzərindəki şübhələri yayındırmaq üçün hücum nəzərdə tutulan ərazidə saxta partlayış törədib. Beləliklə, kimsə ondan şübhələnməyib.

Saxta bomba partlayışı

2016-cı ildə Bağdadın Əl-Huriyyə bölgəsindəki bazarı hədəf alan hücumun həqiqətdə heç yaşanmadığı, bunun yerinə bölgədə saxta bir bomba partladıldığı, bir qrup aktyorun da ölü və yaralı rolu oynadığı iddia edilib. Hadisə yerində çəkilən görüntüləri polisin yaydığı və hücumla bağlı məsuliyyəti terror qruplaşmasının üzərinə götürdüyü qeyd olunub.

Kəşfiyyatçının ölümü

Əl-Sudaninin komandiri Əbu Əli əl-Bəsri “Deyli Meil” qəzetinə verdiyi müsahibə zamanı İŞİD-in son vaxtlarda əl-Sudanidən şübhələnməyə başladığını və avtomobilinə dinləmə qurğusu yerləşdirdiyini vurğulayıb. İŞİD liderləri əl-Sudaninin kəşfiyyat orqanları ilə söhbətlərini eşitdikdən sonra onun barəsində ölüm qərarı çıxarıblar.

Cəsədi hələ də tapılmasa belə, kəşfiyyatçının dəstə yoldaşları zabitin 2017-ci ilin avqustunda edam videosu yayılan 4 nəfərdən biri olduğunu düşünürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.