Qədim “eşq ovsunu” tapıldı - Misirdə

14-10-2018, 10:01           
Qədim “eşq ovsunu” tapıldı - Misirdə
Qədim Misirə aid tapıntının “eşq ovsunu” olduğu üzə çıxıb.
AzNews.az “Milliyet – Molatik”ə istinadən bildirir ki, Qədim Misirə aid papirusun üstündə yazılmış mətnin “eşq ovsunu” olduğu üzə çıxıb.

1300 ildən sonra aşkarlanmış mətndə iki quş fiquru diqqət cəlb edir.

Bu ovsunun dini mərasimlərdə oxunduğu ehtimal olunur.

Strasburq Universitetinin alimi Korşi Dosoya görə, iki quş fiquru biri-birinə kəmər və yaxud da cinsiyyət orqanları ilə bağlanıblar.

Ovsunun Misir xristianları tərəfindən tərtib olunduğu iddia olunur.

Yazının mənası qadının kişiyə aşiq olmamağı yox, kişilərin qadınlara sahib olmaq üçün çətin yollardan keçməsidir.

“Eşq ovsunu”nun hansısa bir kitabın müəyyən hissəsi olduğu bildirilir.

Burada “Sənə İsrailin tanrısı Həzrət İsanı çağırıram”, “Aydınlanacaqsan”, “Həzrət Adəmin hər uşağı” ifadələri işlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.