Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb

Bu gün, 10:44           
Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb
Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Mahamalar kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, Oruc Yekəyev idarə etdiyi "Ford Transit" markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru