Ölkədə seçki mühitinin durumu acınacaqlı durumdadır. - Monitorinq qrupu

15-10-2015, 10:41           

Ölkədə seçki mühitinin durumu acınacaqlı durumdadır.
Hazırda seçkiqabağı ictimai-siyasi mühit, vətəndaş cəmiyyətinə olan son basqılar ölkədə azad və demokratik parlament seçkisinin keçirilməsi üçün yetərli deyil. Siyasi, ifadə və sərbəst toplaşmaq azadlıqlarının təmin olunması yönündə problemlər ölkədə şəffaf seçki prosesinin gedişatını beynəlxalq standartlara cavab vermediyi göstərir.
Regionlarda apardığımız sorğular nəticəsində əhalinin 77%-nin keçirləcək seçkilər haqqında məlumatsız olduqlarını öyrəndik.
Telekanalların proqram strategiyasına baxdığımız zaman onların heç birinin seçki mövzusuna maraq göstərmədiyini, sorğuların, tok-şouların, debatların keçirlməsindən “könüllü” olaraq imtina etdiyinin şahidi oluruq. Bütün bunlar şəffaf seçkilərin keçirilməsinə cəmiyyətinin şübhə ilə yanaşmasına gətirib çıxardır. Təəssüflə deyə bilərik ki, hal-hazırda ölkədə seçki mühitinin durumu acınacaqlı durumdadır.
“4 region - Müstəqil Müşahidəçilər Qrupu" ölkədə normal seçki mühitinin formalaşdırılması və bərabər rəqabətə əsaslanan mübarizə meydanının yaradılmasının tərəfdarıdır.
"4 region" MMQ-nun könüllüləri seçki fəallığının üstün olduğu 4 şəhər: Bakı, Şəki, Gəncə və Lənkəran və bu şəhərlərin yerləşdiyi ətraf regionlarda prosesi izləyəcəklər
Ruslan Vəliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.