Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

28-06-2019, 12:42           
Göyçay sakininin evində  narkotik vasitə  aşkar olunub
Teref.az - Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru