"Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyi layihənin təqdimatın keçirdi
1-07-2019, 15:27
İyunun 27-də Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyinin “Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə qarşı diskiriminasiya münasibətlərinin dəyişdirilməsinə həsr olunan sosial çarxların hazırlanması” layihəsinin təqdimat tədbiri keçirilidi.
Bu barədə Teref.az-a “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyinin İctimayyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Tədbiri giriş sözü ilə birliyin sədri Günay Ağamalı açaraq bildirib ki, “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə qarşı diskriminasiya münasibətlərinin dəyişilməsi, bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması istiqamətində işlərin aparılmasıdır.
Təqdimatda tarix elmlər doktoru, professor, millət vəkili Fəzail Ağamalı, Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının nümayəndələri, BDU-nin professoru, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mais Əliyev, Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova, Müasir İnovasiyalar Liseyinin direktoru Sevinc Əliyeva, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, İnkluziv cəmiyyət naminə əlilliyi olan şəxslərə dəstək İctimai Birliyin sədri Ramilə Mahmudova çıxış edərək ilk öncə yeni yaranan birliyin fəaliyyətinə uğurlar diləmiş və layihənin vacibliyini vurğulamışdırlar. Bu cür layihələrin cəmiyyətə verəcəyi faydadan danışılmış və müzakirələr aparılıb.