Ölkə başçısının tapşiriğına əsasən Xəzər rayonu Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib

15-11-2019, 17:49           
Ölkə başçısının tapşiriğına əsasən  Xəzər rayonu Türkan qəsəbəsində  sakinlərlə səyyar görüş keçirilib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. Bu görüşlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərlə görüş keçirmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinın əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin də məsul içiləri iştirak etmişlər.
Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat vermişdir.
Sakinlərin fəallığı, yaradılan səmimi abu-hava şəraitində və “Açıq mikrofon” formatında ilə keçən görüşdə Xəzər RİH başçısı Elşən Salahov Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirmiş, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışmışdır.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Səyyar görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov  çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.
Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Türkan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.