İsmayıllıda balıq ovlayanlar cərimələnib

23-04-2020, 14:38           
İsmayıllıda balıq ovlayanlar cərimələnib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, ölkədə elan edilən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər. Həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları məlum olub.

Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru