Zaqatalada karantin rejimini pozanlar cərimələnib

28-04-2020, 11:07           
Zaqatalada karantin rejimini pozanlar cərimələnib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri-Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru