Yevlaxda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

9-05-2020, 19:16           
Yevlaxda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.

Teref.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırırlar. Sosial müavinətlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edən hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət edilməsi tövsiyə olunub.

ŞİH-nin əməkdaşları və könülülər sakinlərə sosial məsafənin hər kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə maarifləndirici səpkidə söhbətlər aparılıb və tibbi maskalar paylanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru