Şəkidə sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib

18-07-2020, 10:05           
Şəkidə sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, istər nəqliyyat vasitəsilə, istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır. Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılır.
Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru