Polis Daşkəsəndə qanvermə aksiyasına qoşulub

20-07-2020, 11:20           
Polis Daşkəsəndə qanvermə aksiyasına qoşulub
Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan qanvermə aksiyası çərçivəsində növbəti təşəbbüs Daşkəsən rayonunda keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teref.a-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyasına yerli idarə və təşkilatlarla yanaşı, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları da yüksək həvəslə və könüllü şəkildə qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra qan veriblər.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.