Şəkidə sərt karantin rejimində məclis təşkil edənlər cərimələnib

22-07-2020, 12:20           
Şəkidə sərt karantin rejimində məclis təşkil edənlər cərimələnib
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini
Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə
məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun
20- dən artıq şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi
qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin
keçirilməsinin və insanların biryerə toplaşmasının qarşısı alınıb. Həmçinin,
orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.
Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində
cərimələnib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru