Zaqatala sakinlərindən odlu silahlar götürülüb

4-02-2021, 11:33           
Zaqatala sakinlərindən odlu silahlar götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru