Polislər 8 Mart münasibətilə şəhidlərimizin qadın ailə üzvlərini təbrik ediblər

7-03-2021, 17:27           
Polislər 8 Mart münasibətilə şəhidlərimizin qadın ailə üzvlərini təbrik ediblər
Teref.az - Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.
Xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacağı qeyd olunub. Polis əməkdaşları 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik edərək, gətirdikləri hədiyyələri təqdim ediblər. Qız övladlarının təhsili ilə maraqlanıblar. Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru