Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi

10-04-2021, 20:35           
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teref.az-a verilən məlumata görə bu gün paytaxtda təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib.
İməclik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin, həmişəyaşıl ağacların yuyulması həyata keçirilib yeni ağaclar, kollar əkilib, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.