Şəmkirdə sərxoş sürücülərə qarşı reyd keçirilib

20-06-2021, 19:16           
Şəmkirdə sərxoş sürücülərə qarşı reyd keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı 4 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib ki, dərhal onlar idarə etmədən kənarlaşdırılb və barələrində qanuna müvafiq tədbir görülüb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.