İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı

14-01-2022, 11:39           
İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır. Həmin silahların hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru