Şabranda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

14-01-2022, 11:41           
Şabranda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xızı rayon sakini Yəhya Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Y.Səfərov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Qeyd edək ki, avtomobildə olan sərnişin Xızı rayon sakini Loğman Məmmədovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru