Saatlıda COVID-19 bağlı reyd

17-01-2022, 10:17           
Saatlıda COVID-19 bağlı reyd
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib, sahibkarlarla və sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Vətəndaşlara sosial məsafənin gözlənilməsinin və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə geniş məlumatlar verən polis əməkdaşları, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru