Bu gün hava necə olacaq

17-01-2022, 10:22           
Bu gün hava necə olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 17-si saat 10:00-a olan məlumatına əsasən cənub və şərq rayonlarında yağıntılı olub, sulu qar, qar, Sumqayıt, Bakıda sulu qar yağıb.

Düşən yağıntının miqdarı: Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü aşağıdakı kimidir:

Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru