Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

18-01-2022, 16:46           
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə şəhər ərazisində profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.z-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub və hər biri 50 manat məbləğində cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru