Rusiyanın Xalq artisti konsert zamanı ABŞ bayrağını cırıb

29-06-2022, 12:36           
Rusiyanın Xalq artisti konsert zamanı ABŞ bayrağını cırıb
“Kimin xoşuna gəlmirsə, Amerikaya getsin”

Sovet və rus estrada müğənnisi, Rusiyanın Xalq artisti Oleq Qazmanov Varonejdə verdiyi konsert zamanı Amerikanın bayrağını cırıb.

Müğənninin həyat yoldaşı Marina Qazmanovanın bildirdiyinə görə, konsert başlamazdan öncə səhnədə Rusiyanın bayrağı asılıbmış.

Sonra bayraq düşüb, ardınca isə tavandan Amerikanın bayrağını əks etdirən pankart asılıb.

Bunu görən 70 yaşlı sənətçi on metr hündürlüyə qalxaraq pankartı endirərək parçalayıb.

“Mənim konsertlərimdə ancaq Rusiya bayraqlarıdır. Kimin xoşuna gəlmirsə, Amerikaya getsin”, – müğənni deyib.

Qazmanovun on minlərlə tamaşaçı qarşısında Amerika bayrağını cırması birmənalı qarşılanmayıb.

Fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar siyasət və iqtisadiyyatdan sonra mədəniyyət sahəsinə də keçib.

Dünyanın əksər ölkələrində rus alim və mədəniyyət nümayəndələrinin işdən çıxarılması halları baş verib.

Oleq Qazmanov müsahiblərindən birində rus mədəniyyətinin ləğv edilməsini “vəhşilik” adlandırıb. https://aif.ru/culture/gazmanov_sravnil_zapret_russkoy_kultury_so_srednevekovem)

Sənətçi hazırda Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısındadır.
Mənbə: “Globallookpress.com”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru