“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!

18-08-2022, 18:21           
“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!
Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir. Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.
Teref.az bildirir ki, tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə “Nar”ın yay kampaniyası üçün özəl hazırladığı oyunlara qoşulub əylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz. Onlayn müsabiqələri sevən abunəçilər isə “Nar”ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazana bilərlər.
Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu (Instagram: jafarnajafov) izləməklə xəbərdar ola bilərsiniz.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru