Qazax sakinində narkotik vasitə aşkarlanıb

11-09-2022, 08:54           
Qazax sakinində narkotik vasitə aşkarlanıb
Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Pərviz Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.