Ucarda polis əməkdaşları şəhid övladlarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər

14-09-2022, 16:48           
Ucarda polis əməkdaşları şəhid övladlarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər
Teref.az yazır ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlimizin məktəbli övladlarını ziyarət ediblər.
Şəhid Ağayusif Əliyevin və Allahverdi Ələkbərovun ailəsini ziyarət edən polis əməkdaşları məktəbliləri təbrik edib, təhsillərində uğurlar arzulayıblar. Azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edən polislər, onlarla xatirə şəkilləri çəkdiriblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin kollektivinə təşəkkürlərini bildiriblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru