Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

9-12-2022, 19:00           
Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
Mingəçevir şəhər 9 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirilib. Şəhər polis şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən danışılıb.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulayıb. Həmçinin, ölkəmizdə “ağ ölüm”ün qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb, bu öldürücü bəlanın səbəb olduğu faciələr barədə ətraflı məlumat verib.
Daha sonra videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru