Neftçalada maarifləndirmə tədbiri keçirilib

8-03-2023, 17:35           
Neftçalada maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edərək, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.
"Erkən nikaha qətiyyətlə yox deyək" mövzusunda çıxış edən RPŞ-nin əməkdaşı, polis mayoru Yalçın Qafarov, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, bu cür halların qanunla qadağan olunduğunu bildirib.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru