Bu günə hava proznozu

26-06-2023, 00:09           
Bu günə hava proznozu
Bakıda və Abşeron yarımadasında
Yağmursuz.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət 55-65 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.

Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru