Sabirabadda DYP profilaktik tədbirəri artırııb

28-06-2023, 15:55           
Sabirabadda DYP profilaktik tədbirəri artırııb
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunub.
Bundan əlavə, son 10 gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı rayon ərazisində müvafiq sənədləri olmadan avtomobil idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişin daşıma qaydalarını pozan 24 sürücü də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunublar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru