Bakcell Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023, 16:00           
Bakcell Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib
Bakcell şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

Xəzər rayonu İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, Bakcell
şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib. Beləliklə,
Bakcell tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

Bakcell sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali
qruplarına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru