Zaqatalada dövlət qeydiyyatı nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb

5-07-2023, 07:42           
Zaqatalada dövlət qeydiyyatı nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar edilib. Onlara qanunvericiliyin tələbləri izah edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru