Bu gün hava necə olacaq

9-07-2023, 00:13           
Bu gün hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Günəşli.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.



Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.



Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru