Bu günə hava proqnozu

10-07-2023, 00:10           
Bu günə hava proqnozu
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.

Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru