Hacıqabul və Ucar Rayon Polis Şöbələri ekologiyanı korlayanları cəzalandırdılar

15-07-2023, 10:09           
Hacıqabul və Ucar Rayon Polis Şöbələri ekologiyanı korlayanları cəzalandırdılar
Hacıqabul və Ucar rayonlarında ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hacıqabul və Ucar Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı hər iki rayon ərazisində məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması və ətrafın zibillənməsi halları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə 5 nəfər Hacıqabul rayon sakini və 3 nəfər Ucar rayon sakini barəsində inzibati qaydada protokol tərtib olunub və onların hər biri məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru