“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində "Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır" adlı tədbir keçirildi

21-07-2023, 19:37           
“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində "Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır" adlı tədbir keçirildi
Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 148 illiyi ilə
əlaqədar tədbir keçirildi.
DİA.AZ xəbər verir ki, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı
Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 148 illiyini qeyd
etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş,
bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız
mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə
götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx
və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən
Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə
həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi
ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri
dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci
nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü
elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya
texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya
şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm
kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci
il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və
informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə
ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi
kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət
mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya
təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar
səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün
dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır.
Çıxışına davam edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük
qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur
düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib
dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki,
güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Bildirildi ki, Vətən müharibəsi zamanı KİV nümayəndələri cəbhə
bölgəsində aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya
cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Bu baxımdan
ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini
ətraflı məlumatlandırdılar. Bütün bunlar qələbənin qazanılmasında mühüm
rol oynadı.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, və YAP Nəsimi
rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək milli mətbuatımızın
zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən
sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat
işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından
minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV
nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr
təqdim olunmuşdur.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.