Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edən Forum - İsrafil Kərimovun yazısı
24-07-2023, 10:36
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edən Forum
Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra
bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Prezident İlham
Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də bu şəhərdə
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal
Media Forumu keçirilib. Çox böyük rezonans doğuran bu mötəbər Forumda
49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət
informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb.
Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Bütün bunlar beynəlxalq tədbirin önəmindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda genişməzmunlu çıxış
edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər,
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə
bağlı fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, Cənubi Qafqazın
inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin
yaxşılaşmasından asılıdır. Ölkə başçısı vurğulayıb: “Hazırda bir sıra
beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım
etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün
beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa
əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il
keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ
Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox
güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”.
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması məqsədilə proses davam edir. Avropa İttifaqı, ABŞ və
Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün
beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət
edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın
ərazisi kimi tanıdığını bəyan edib. 44 günlük Vətən müharibəsinin başa
çatmasından sonra sülh prosesində müəyyən irəliləyişlər var. Əgər
Ermənistan vaxtaşırı təxribatlar törətməsə, sülhə sadiq qalsalar nəticə əldə
olun abilər. Son iki il yarım ərzində bir neçə məqam olub. Bu Ermənistana
birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar,
biz onların ərazi bütövlüyünü tanımayacağıq. Rəsmi İrəvan artıq qəbul edib
ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq
sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”.
Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycana qarşı hər
hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər
imzalanması kifayət qədər mümkündür. Cənab Prezident qeyd edib ki, lakin
bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil,
sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi
vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində
qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunur.
Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal
dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal
transformasiya, müasir informasiya mühitində media menecmenti və
dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak
tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla
mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə
edirlər. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri
indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media,
jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya
sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb.
Bütövlükdə, Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan
həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm hadisədir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü