Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub

4-12-2023, 22:35           

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin
qohumunun evindən də oğurluq etdiyi məlum olub.
Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif
küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel
oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad
İbrahimov saxlanılıb.
İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib.
Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində
yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları
oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən
edilib.
E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar
polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb,
saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Araşdırmalar davam etdirilir.

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub

Mənbə: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
Teref. Xocanın Blogu

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.