Mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir
11-01-2024, 17:20
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə daxili və beynəlxalq auditoriyanı düşündürən bir çox məsələlərə aydınlıq gətirdi, xususi olaraq bu noyabr ayında Bakıda keçiriləcək mühüm beynəlxalq tədbirlə bağlı geniş açıqlama verdi.
Qeyd edilib ki, COP29-un Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir. Ölkə başçısı İlham Əliyevin çox dəqiq və düşünülmüş diplomatik addımları nəticəsində bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün imkan əldə edilib. Ötən ilin sonunda Dübayda keçirilən COP konfransında bir sıra ölkələrin açıq və gizli formada bunun əleyhinə təbliğat aparması, bəzi ölkələrə təzyiqlərin göstərilməsi də yekun qərarın verilməsinə mane ola bilmədi.
Təəssüflər olsun ki, yenə də bu mötəbər toplantının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildiyindən dərhal sonra ölkəmizə qarşı yenə də media kampaniyası başlandı. Ənənəvi olaraq bu “Vaşinqton Post”, “Nyu-York Times”, “Fiqaro” və digər bu kimi qəzetlərdə çirkin kampaniyaya start verildi. Bu zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29-a rəhbər təyin edilən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də əsassız tənqid atəşinə tutuldu. Ancaq bu halı biz yenə də təbii hal kimi qarşıladır. Çünki əvvəlki illlərdə də Avropa Oyunları, “Eurovision”, hətta Astronavtika Konqresinin keçirildiyi vaxtlarda da ölkəmizə qarşı tənqidlər, böhtan və iftira kompaniyaları olmuşdu. Lakin bunlara baxmayaraq bütün bu tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub.
Bu il iki mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi həqiqətən də böyük hadisədir və noyabrda 70-80 min xarici qonağın Bakıya gəlişi gözlənilir. Bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Bu da öz növbəsində ölkəmizin imkanlarının növbəti nümayişidir. Tədbirlərdən sonra çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı ölkəmizin mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb.
Mahiyyət üzrə bu beynəlxalq konfransı dünyanın bir nömrəli beynəlxalq tədbiridir və dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası